Avtomobil idman növləri federasiyasına yeni rəhbər təyin edildi
21 fevral 2014 15:15
Bu gün 14.00-da Milli Olimpiya Komitəsinin iclas zalında Avtomobil idman növləri federasiyasının İcraiyyə Komitəsinin toplantısı keçirilib. Azerisport.az xəbər verir ki, səsvermə yolu ilə keçirilmiş iclasda Heydər Əliyev Fondunun İcraçı direktoru, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Federasiyaya prezident seçilib.
Qeyd edək ki, Federasiyanın bundan öncəki prezidenti Çingiz Baxşəliyev idi.