Qüdrət Qurbanov və Şahin Mustafayev federasiya prezidenti seçildilər
27 fevral 2014 14:41
27 fevral 2014-cü il tarixində Milli Olimpiya Komitəsinin konfrans zalında Yelkən idmanı və Stolüstü tennis idman növləri üzrə federasiya rəhbərliyinə seçki keçirilib. Azerisport.az xəbər verir ki, toplantıda Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Dövlət Dəniz administrasiyasının rəhbəri Qüdrət Qurbanov və İqtisadi İnkişaf naziri Şahin Mustafayev iştirak edirdilər.
İcraiyyə Komitəsinin səsverməsinə əsasən Yelkən idmanı federasiyasına yeni prezident Azərbaycan Dövlət Dəniz administrasiyasının rəhbəri Qüdrət Qurbanov, Stolüstü tennis idman federasiyasına yeni prezident İqtisadi İnkişaf naziri Şahin Mustafayev seçilib.
(AGİN mətbuat xidməti)