Ziya Bayramov Glory-dən dəvət aldı
13 mart 2014 15:51
Bakıda keçirilən K-1 üzrə World Max Qran-Prisində Omar Əl Amrani üzərində nokautla qələbə qazanmış idmançımız Ziya Bayramovun növbəti döyüşünün vaxtı məlum olub. Azerisport.az xəbər verir ki, nüfuzlu “Glory” şirkətindən Bayramova dəvət gəlib.
K-1 döyüşçüsü aprelin 12-də İstanbulda rinqə çıxacaq. Onun rəqibi türk döyüşçüsü Hyunkar Kılıc olacaq.