Zaur Hacıbabayev peşəkar debütündə nokautla qələbə qazandı
15 mart 2014 12:33

Sankt-Peterburqda M-1 Challenge 46 turniri çərçivəsində MMA üzrə peşəkar döyüşlər keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanın "Baku Azfighter" klubunun idmançısı Zaur Hacıbabayev 93 kq-dan yuxarı çəkidə mübarizə aparıb.
İdmançımız Belarus təmsilçisi Yuri Dobkonu ilk raunda nokauta göndərərək inamlı qələbə qazanıb.
Qeyd edək ki, bu Zaur Hacıbabayevin peşəkar rinqdə debütü idi.