Tennisçilərimiz Yaponiyadakı DÇ-yə hazırlaşır
8 aprel 2014 12:22
Azərbaycanın stolüstü tennis üzrə yığma komandası Polşanın Qdansk şəhərində təlim-məşq toplanışını başa vuraraq Bakıya qayıdıb. Azerisport.az xəbər verir ki, təlim-məşq toplanışı dünya çempionatına hazırlıq məqsədi daşıyıb.
Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, millimiz aprelin 27-də Yaponiyanın paytaxtı Tokioda keçiriləcək dünya çempionatına əsas heyətlə yollanacaq. Komandamız səfərə iki gün əvvəl gedəcək.