Bakıda atçılığın konkur növü üzrə M*-S* kateqoriyalı Murad kuboku turniri keçirilib
14 aprel 2014 13:44
Aprelin 12-də Binədəki Atçılıq Mərkəzinin açıq manejində atçılığın konkur növü üzrə M*-S* kateqoriyalı Murad kuboku turniri keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan Respublikasının Atçılıq Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda ümumiliklə 15 idmançı 30 atla mübarizə aparıb.
Maneələrin hündürlüyü bir metr olan yarışda Olenjlik Brooke Tehran MNM ləqəbli atla birinci, Kərim Abdullayev Afrodita ləqəbli atla ikinci, Pənah Əlizadə San Sebestiyan ləqəbli atla üçüncü olublar.
Maneələrin hündürlüyü 1,20 metr olan turnirdə Seyid Musayev Light Limercik ləqəbli atla qalib gəlib. Olenjlik Brooke Carreras MNM ləqəbli atla gümüş, Elmar Abdullayev Val Paula ləqəbli atla bürünc medal qazanıblar.
Elmar Abdullayev maneələrin hündürlüyü 1,40 metr olan yarışda uğurla çıxış edib. Çapar Platin E ləqəbli atla birinci, David ləqəbli atla ikinci pillədə qərarlaşıb. Olenjlik Brooke isə Tall boy MNM ləqəbli atla üçüncü olub.
Yerli hakimlər kollegiyasının nəzarət etdiyi yarışın ümumi mükafat fondu 5 min manat olub.