Yeniyetmələr arasında taekvondo üzrə ölkə birinciliyinə yekun vurulub
14 aprel 2014 14:00
Göyçay Olimpiya İdman Kompleksində yeniyetmələr arasında keçirilən taekvondo üzrə ölkə birinciliyi başa çatıb. Azerisport.az xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda 22 şəhər və rayondan 250 idmançı 11 çəki dərəcəsində mübarizə aparıb.
Üç gün davam edən yarışda qızlar arasında müxtəlif çəki dərəcələrində Ofeliya Allahverdiyeva, Minayə Ələkbərova, Zalikə Babayeva, Sevda Pirseyidova, Nərgiz Məmmədzadə, Diana Hacıəliyeva, Elvira Süleymanova, Şəms İsayeva, Şəbnəm Məmmədova və Rafaella Hüseynova fərqlənmişlər. Oğlanlar arasında isə birinci yeri Elgün Həmidov, Yaşar Məmmədli, Aqşin Abdulov, Həsən Həsənov, Niyaz Zülfüqarlı, Coşqun Abdullayev, Sərxan Rəsulov, Nicat Musayev, Mehdi Tağıyev və Orxan Tağızadə tutublar.
Xatırladaq ki, hazırda Azərbaycanın böyüklərdən ibarət taekvondo üzrə milli komandası mayın 1-5-də Bakıda keçiriləcək Avropa çempionatına hazırlıq məqsədilə Qəbələdə təlim-məşq toplanışındadır.
Xatırladaq ki, hazırda Azərbaycanın böyüklərdən ibarət taekvondo üzrə milli komandası mayın 1-5-də Bakıda keçiriləcək Avropa çempionatına hazırlıq məqsədilə Qəbələdə təlim-məşq toplanışındadır.