Dünya və Avropa Taekvondosunun rəhbərləri Bakıya gəlir
14 aprel 2014 11:33
Ümumdünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Ço və Avropa Taekvondo İttifaqının prezidenti Atanasios Praqalos Bakıya səfər edəcək. Azerisport.az xəbər verir ki, səfərin məqsədi Bakıda keçiriləcək Avropa çempionatında iştirak etməkdir.
Mötəbər yarışda 40-dan çox ölkənin təmsil olunacağı gözlənilir.
Qeyd edək ki, Avropa çempionatının açılış mərasimi aprelin 30-da Sərhədçi Olimpiya İdman Mərkəzində olacaq. Görüşlər 1-4 may tarixi aralığında keçiriləcək.