Samboçularımız Avropa birinciliyində 7 medal qazandı
15 aprel 2014 11:22
İspaniyanın Kaseres şəhərində yeniyetmə və gənclər arasında sambo güləşi üzrə Avropa birinciliyinə yekun vurulub. Azerisport.az xəbər verir ki, samboçularımız yarışda 7 medal qazanıb.
Yeniyetmələrin mübarizəsində Fərid Qardaşxanov (56 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Natiq Sarıyev (65 kq) gümüş, Elton Quliyev (60 kq) və Etibar Zeynalov (87 kq-dan yuxarı) bürünc medala layiq görülüb. Gənclərin yarışında isə Fuad Məmmədov (57 kq), Elvin Ağayev (62 kq) ikinci, Ülvi Xankişiyev (48 kq) üçüncü olub.