Camal Rəhimov Dünya kubokunda əsas finala vəsiqə qazandı
21 aprel 2014 17:55

Atçılığın konkur növü üzrə milli komandanın kapitanı Camal Rəhimov Fransanın Lion şəhərində keçirilən Dünya Kubokunun əsas finalının ilk mərhələsində uğurla çıxış edərək, sonuncu final mərhələsinə vəsiqə qazanıb. Azerisport.az xəbər verir ki, bununla da idmançımız yarışda mübarizə aparcaq son 20 çapardan biri olub.
İlk dəfə Dünya Kubokunun Final yarışlarında iştrak edən Camal Rəhimov atçılıq tariximizdə daha bir yeniliyi ilə seçilib. Təmsilçimiz Final mərhələsinə Qafqaz Liqası çərçivəsində keçirilən təsnifat mərhələlərindən yüksəlib. Qeyd edək ki, Bu gün saat 19:00- de keçiriləcək sonuncu final mərhələsi İdman Azərbaycan kanalında canlı yayımlanacaq.