Atçılıq federasiyasının baş katibi Bəhruz Nəbiyev İsveçrədə rəsmi səfərdədir
28 aprel 2014 11:40

28-29 aprel tarixlərində İsveçrənin Lozanna şəhərində Beynəlxalq Atçılıq Federasiyasının növbədənkənar Baş Assambleyası və İdman Forumu keçiriləcək. Azerisport.az xəbər verir ki, forumda bu idman növünün qaydalarında ediləcək dəyişiliklərə baxılacaq.
Eyni zamanda, ARAF-in ən vacib layihələrindən olan - Abşeron rayonu ərazisində At Xəstəliklərindən azad zonanın yaradılması məsələsi ilə bağlı da müzakirələr aparılacaq.
Qeyd edək ki, Xəstəliklərdən azad zona yaradılandan sonra Azərbaycan atları nəhayət ki, birbaşa, heç bir maneəsiz Avropanin istənilən şəhərlərinə göndərilə biləcək. Bundan əlavə, növbədənkənar baş assambleyada bir sıra məsələlər də müzakirə olunacaq. Əsas məsələ isə Beynəlxalq Atçılıq Federasiyasının prezidentinin seçilməsinin iki dövrdən, üç dövrə qaldırılmasıdır. Bundan başqa Azərbaycanla da bağlı bir sıra mühüm qərarların veriləcəyi gözlənilir.