Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş, atçılıq üzrə beynəlxalq turnir keçiriləcək
5 may 2014 14:28

8-10 May 2014-cü il tarixlərdə Azərbaycan Respublikasının Atçılıq Federasiyasının təşkilatçılığı ilə Bakı şəhəri, Binə qəsəbəsində yerləşən “Elite Horse and Polo Club” atçılıq klubunun açıq manejində atçılığın konkur növü üzrə CSI3* kateqoriyalı beynəlxalq turnir keçiriləcək. Azerisport.az xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunacaq turnirdə Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya, Polşa, Ukrayna, İran və s. ölkələrin idmançılarının iştirakı gözlənilir.
Yarışlarda ümumilikdə 25-ə yaxın idmançı və 65-ə yaxın atın iştirakı gözlənilir. Turnirə Türkiyə, Bolqarıstan, Rusiya, İran və Belçikadan dəvət olunacaq hakimlər kollegiyası nəzarət edəcək. Turnirin ümumi mükafat fondu 168000 ABŞ dolları təşkil edir. Tamaşaçılar üçün giriş pulsuzdur. 8, 10 May yarış saat 12:00 da, final isə 9 may saat 19:00 da başlayır. Final günü dünyaca məşhur Boney M qrupunun konsert proqramı olunacaq. Konsert proqramı pulsuzdur və saat 20:00-da başlayacaq.