Zabit Səmədov Tailanda yollanıb
6 may 2014 13:00

K-1 üzrə bir sıra beynəlxalq turnirlərin qalibi Zabit Səmədov Tailanda yollanıb. Azerisport.az xəbər verir ki, Səmədov burada iki həftə xüsusi proqram üzrə hazırlıq keçəcək.
Mayın sonunda isə idmançımızın növbəti görüşünün yeri və vaxtı müəyyənləşəcək.
Qeyd edək ki, hazırda Zabit Səmədovun meneceri iki təklif ətrafında müzakirələr aparır.