"Azərbaycanda Formula-1 keçirməyə hər cür şərait var"
21 may 2014 17:00

İtaliyanın “Corriere dello sport” idman qəzeti Bakıda Formula-1 yarışlarının keçirilməsi barədə yazı dərc edib. Azerisport.az xəbər verir ki, yazıda “Formula-1” avtoyürüşləri üzrə dünya çempionatının rəhbəri Berni Ekklstounun Azərbaycanın bu tədbirə ev sahibliyi etməsi ilə bağlı fikirləri qeyd olunub.
Berni Ekklstoun bu mərhələ yarışının daha öncə Koreya Respublikasında keçirilməsi nəzərdə tutulsa da, sonradan Azərbaycanda keçirilməsiylə bağlı qərarın qəbul edildiyini bildirib. Bununla bağlı artıq Azərbaycan tərəfi ilə razılıq əldə edilib. Formula-1 rəhbəri Azərbaycanda bu idman növünün yarışlarının keçirilməsinə hər cür şərait olduğunu söyləyib.