Döyüşçümüz rəqibini xəstəxanalıq etdi
25 may 2014 13:55

Azərbaycanlı döyüşçü Ənvər Əmirli (70 kq) peşəkar rinqdə debüt edib. Azerisport.az sports.kz saytına istinadən xəbər verir ki, o, “М-1 48 Challenge” turnirində “Nomadların Döyüşü”ü çərçivəsində keçirdiyi ilk döyüşündə qazaxıstanlı Serik Tlekeyevi məğlub edib.
İlk raundda azərbaycanlı döyüşçü güclü diz zərbəsi ilə rəqibini nokauta göndərib. Bu zərbədən sonra qazaxıstanlı döyüşçüyə tibbi yardım gərək olub. Onu huşa gətirib xəstəxanaya aparıblar.