Zaur Hacıbabayev tarixə düşdü
25 may 2014 23:13

Qazaxıstanın Astana şəhərində MMA üzrə (qarışıq döyüş növləri) Asiya çempionatına yekun vurulub. Azerisport.az xəbər verir ki, mötəbər yarışda Azərbaycanı Zaur Hacıbabayev təmsil edib.
93 kq-da yarışan təmsilçimiz bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İdmançımız finalda Özbəkistan təmsilçisi İslomcon Əzimovu nokautla məğlub edib. İlk hissədə görüşü saxlayan hakimləri Zauru qalib elan edib.
Qeyd edək ki, bununla Zaur Hacıbabayev MMA üzrə Asiya çempionu olan ilk azərbaycanlı kimi tarixə düşdü. O, əvvəlki illərdə Dünya Kubokunun qalibi olub.