Bakıda Yay Kuboku adlı beynəlxalq turnir keçiriləcək

19-21 Iyun 2014-cü il tarixlərdə Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Bakı şəhəri, Binə qəsəbəsində yerləşən “Binə Atçılıq Mərkəzi”-nin açıq manejində atçılığın konkur növü üzrə “Yay Kuboku” adlı CSI1*-W kateqoriyalı beynəlxalq turnir keçiriləcək. Azerisport.az xəbər verir ki, turnirdə Azərbaycan, Gürcüstan, Türkiyə, və s. ölkələrin idmançılarının iştirakı gözlənilir.
Yarışlarda ümumilikdə 25-ə yaxın idmançı və 50-ə yaxın at iştirak edəcək. Turnirə Azərbaycan, Türkiyə, Bolqarıstan və İrandan dəvət olunacaq hakimlər kollegiyası nəzarət edəcək. Beynəlxalq Turnirin ümumi mükafat fondu 13,300 ABŞ dolları təşkil edir. Tamaşaçılar üçün giriş pulsuzdur.
Final günü idmançılar FEİ Dünya Kubokuna vəsiqə əldə etmək üçün yarışacaqlar. Turnir hər gün saat 17-də başlayacaq.