Land of Fire Azerbaijan Rikelmeyə düşərli oldu
20 iyun 2014 01:07

“Bakı” Futbol Klubunun prezidenti Hafiz Məmmədovun xarici ölkələrin müxtəlif idman sahələrində ölkəmizi tanıtması uğurlu nəticələrlə özünü təsdiqləyir. Azerisport.az xəbər verir ki, futbolla yanaşı GP2 yarışlarında “Land of Fire Azerbaijan” (Odlar Yurdu Azərbaycan) ifadəsi reklam olunur.
Məhz GP2-də mübarizə aparan pilotumuz Stefan Rikelme bu günlərdə Monako qran-prisində uğurlu nəticə göstərib. Belə ki, onun sürdüyü bolid GP2 Monako mərhələsinin qalibi olub.
Xatırladaq ki, “Land of Fire Azerbaijan” brendi İspaniyanın Madrid “Atletiko”su, Fransanın “Lans” və GP2-də iştirak edən pilot Stefan Rikelmenin sponsorudu. ("Bakı"nın saytı)