Taysonla Holifild Səmədovun döyüşünü izlyəcək
28 iyun 2014 00:34
Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədovun növbəti döyüşünün vaxtı açıqlanıb. Azerisport.az xəbər verir ki, iyulun 6-da Qroznıda boks üzrə WBA versiyasında dünya kəməri uğrunda özbək Ruslan Çaqayevlə ABŞ təmsilçisi Fres Okendo arasında döyüş keçiriləcək.
Soydaşımız Zabit Səmədov K-1 üzrə super döyüşdə rinqə çıxacaq. Onun rəqibi Almaniyanı təmsil edən Stefan Leko olacaq.
Qeyd edək ki, gecənin fəxri qonaqları arasında məşhur Mayk Tayson, Roy Cons, Evander Holifild, Lenoks Lyuis var.