Çaparımız beynəlxalq turnirin qalibi oldu
30 iyun 2014 16:35

29 iyun 2014-cü il tarixində Belçikanın Bonhieden şəhərində atçılığın konkur növü üzrə CSI3* kateqoriyalı beynəlxalq turnir keçirilib. Azerisport.az xəbər verir ki, üç fərqli marşrutdan ibarət turnirin qalibi Gran- Pri günü bir təkrar sıçrayış ilə müəyyənləşib.
Bir neçə ölkənin qatıldığı turnirdə ölkəmizi layiqincə təmsil edən idmançımız Patrick MC Entee “April Mury Marais Z” ləqəbli atla turnirin qalibi adını qazanaraq Belçikada üçrəngli bayrağımızı yüksəltməyə nail olub.