Fotoreportaj|Video|На русском

Digər növlər

Gabala Fight Series nələrlə yadda qaldı?

30 iyun 2014 11:45

Ötən gün Qəbələ Olimpiya İdman Kompleksində möhtəşəm kikboksinq turniri - "Gabala Fight Series" keçirildi. Azerisport.az xəbər verir ki, “Qəbələ” İdman Klubunun təşkilatçılığı, Gənclər və İdman Naziriliyinin və Azərbaycan Kikboksinq Federasiyasının dəstəyi ilə ilk dəfə kikboks üzrə reytinq xarakterli döyüşlər gözlənildiyi kimi gərgin və maraqlı alındı. Saat 17:00-da başlayan yarış “İdman Azərbaycan” telekanalı ilə canlı yayımlandı. Tədbiri məşhur rinq anosçusu və şoumeni Aleksandr Zaqorski idarə etdi.

İlk olaraq rinqə Azərbaycan kikboksçusu Rəhim Əliyev və Daniel Korbeanu (Rumıniya) çıxdı. 5 raund davam edən döyüşdə qalib rəqib idmançı oldu. 2-ci görüşdə əslən azərbaycanlı olan Ukrayna rinq ustası Roman Mayılov polşalı Mateuş Kopieçi 3 hissənin yekununda məğlub etdi.

Şou gecəsində maraqlı görüşlərdən biri həmyerlimiz Ramal Aslanovla çinli Guo Xianfenq arasında baş tutdu. Rəqib cəld zərbələr endirsə də, kikboksumuz ağır zərbələrlə məsələni elə ilk raunda xeyrinə həll etdi. Almaniyalı Yuri Kel də döyüşü vaxtından əvvəl başa çatdırdı. Telman Süleymanov (Azərbaycan) 2-ci hissədə nokautla uduzdu. Xorvatiyalı Teo Mikeliçlə litvalı Tadas Yonkusun döyüşündə Teo qalib gəldi.

Sonra ən reytinqli – «Glory Ranked Fights» üzrə döyüşlər keçirildi. Birinci rinqə Lim Çi-Bin (Koreya) ilə Mosab Əmrani (Mərakeş) çıxdı. Gərgin mübazədə afrikalı idmançı elə ilk raunda rəqibini öncə noqdaun, sonra nokauta göndərdi. Qalibə kuboku gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov təqdim etdi. Qeyd edək ki, Əmrani reytirnqdə 1-cidir. O, yarışdan bir gün öncə verdiyi açıqlamada, Azərbaycana öz liderliyini qorumaq üçün gəldiyini bildirmişdi.

Növbəti döyüşdə Pərviz Abdullayevlə çinli Jiao Fukai qarşılaşdı. Dramatik mübarizədə həmyerlimiz 2-ci hissədə rəqibin qarın nayihəsinə tutarlı zərbə vurdu. Jiao bu vuruşdan nokauta düşdü və xeyli sonra ayağa qalxdı. Qalibə kuboku «Qəbələ» İdman Klubunun vitse-prezidenti Fariz Nəcəfov verdi. Bu qələbə ilə idmançımız «Glory» seriyasına vəsiqə qazandı.

Yarımfinal qarşılaşmasında Ramal Aslanov ukraynalı  Roman Mayılovla üz-üzə gəldi. İlk hissə  idmançımızın üstünlü şəraitində keçdi. Növbəti 2 raundda da Ramal təşəbbüsü əldən vermədi. Hakimləri yekun rəyi xeyrimizə oldu və kikboksçumuz xal hesabı ilə qələbə qazandı.

Yuri Kel ilə Teo Mikeliçin mübarizəsi uzun çəkdi. İlk 3 hissədə qalib müəyyənşmədi. Əlavə raundda Almaniyalı idmançı üstün hesab edildi.

«Glory» seriyasında növbəti qarşılaşma Ərkan Varol (Türkiyə) ilə son çempion Albert Kraus (Niderland) arasında baş tutdu. 3 hissənin sonunda qalib holland idmançı oldu.

Ən ağır çəkili kikboksçuların döyüşündə Camal Ben Sadiq (Mərakeş) və Hesdi Greges (Misir) üz-üzə gəldi. Döyüşdən əvvəl təşkil olunmuş təqdimat mərasimində bu idmançılar arasında gərginlik yaşanmışdı.  Bu gərginlik özünü rinqdə də göstərdi. Camal rəqibinə qaydalardan kənar - o yerdə ikən zərbə endirdiyi üçün, baş hakim tərəfindən döyüşdən kənarlaşdırıldı. Misirli idmançıya kuboku Azərbaycan Kikboksing Federasiyasının prezidenti Adil Əliyev təqdim etdi.

Şou gecənin finalında Yuri Kel ilə Ramal Aslanov qarşılaşdılar. İlk 3 raundda idmançımız fəallıq göstərsə də, referilər əlavə hissəyə ehtiyac gördülər.  Nəticədə, Yuri yarışın qalibi olaraq, «Glory» seriyasına vəsiqə qazandı. Ona mükafatları Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Füzuli Musayev və peşəkar boksçu Fariz Məmmədov təqdim etdilər. (klub saytı)

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah