Renault E.Dams-Renault-un titul sponsoru oldu

Bir il öncə Renault elektrik bolidlər üçün yeni Formula E çempionatında texniki partnyor kimi öz iştirakını təsdiq etmişdir. Bu gün Renault Çempionatda öz iştirakını genişləndirir və sahibləri Renault markasının səfirləri Alen Prost və Jan-Pol Drionun olacağı e.dams-Renault komandasının titul sponsoru olur.
Hansı partnyorluq Renault-nun bu yeni və son dərəcə innovativ sahəsinə növbəti investisiya olacaq. Bu qərar həmçinin Renault-nun avtomobil yarışları və elektromobillərin hazırlanmasında öz təcrübəsindən maksimal dərəcədə istifadə etmək istəyini vurğulayır.
2014/2015 mövsümündə e.dams-Renault komandasının pilotları Nikolya Prost və Sebastyan Buemi olacaq. Yarandığı andan etibarən elektromobillər sahəsində aparıcı mövqelərdən birini tutan və avtomobil yarışlarının fəal iştirakçısı olan Renault komandası, keçən il FİA Formula E Çempionatının rəsmi texniki partnyoru adlandırılmışdır. 2014-cü ilin sentyabrında Pekində keçiriləcək turnirin rəsmi startına hazırlıq dövründə şirkət e.dams-Renault komandasına dəstək şəklində Çempionatda öz iştirakının genişləndirilməsini elan etmişdir.
Renault Jan-Pol Drio-ya və Formula 1-in dördqat çempionu və həmçinin Renault markasının səfiri olan Alen Prosta məxsus komandanın titul sponsoru olacaq. Fransa komandası ilə əməkdaşlıq Renault-ya son dərəcə maraqlı olacağı gözlənilən yeni çempionatda öz iştirakını maksimal genişləndirmək imkanını verəcək.
Avtoyarışların pərəstişkarları dünyanın ən iri şəhərlərinin mərkəzində, yeni formatda keçiriləcək unikal yarışları izləmək imkanını əldə edəcəklər. Renault markasının adı avtomobillərdə, eləcə də pilotların yarış kostyumları və dəbilqələrində yerləşdiriləcək.
Renault Sport-un direktoru Patris Ratti vurğulayır: «E.dams-Renault ilə tərəfdaşlıq Renault-ya Formula E çempionatında öz iştirakını genişləndirmək imkanını verəcək. Bu unikal yarış seriyası avtomobil idmanının yeni erasının başlanğıcını göstərir. Renault imkanlarımızı yenidən sınayan yarışda öz iştirakı ilə fəxr edir. Yaxşı tanıdığımız Alen Prost və Jan-Pol Drio təcrübə və nailiyyətlər baxımından bizim üçün çox dəyərli
partnyorlardırlar. E.dams-Renault ilə əməkdaşlıq Formula E-də işimizin əsasını təşkil edəcək.
Seriyanın birinci ilində bütün komandalar tərəfindən istifadə olunancaq Spark-Renault bolidi üzərində Spark ilə birgə işimizdən də razıyıq və Spark-a bütün iştirakçı komandalar üçün ən yaxşı texniki dəstəyi təmin etməkdə yardım göstərməyə mütləq davam edəcəyik».
E.dams-Renault-nun həmsahibi və Renault markasının səfiri Alen Prost: «Jan-Pol Drio və mən bu Çempionatda Renault ilə əməkdaşlıqdan son dərəcə razıyıq. Renault-nun əsas partnyor qismində seçilməsi şirkətin avtomobil idmanındakı nailiyyətlərinin müstəsna siyahısını, eləcə də elektromobillər sahəsində unikal təcrübəsini nəzərə alaraq tamamilə təbii addım olmuşdur. Əməkdaşlığımızın uğurlu olacağından əminəm.
Mövsümün ilk yarışlarına fəal hazırlaşırıq. Bu həftə Doninqtonda keçiriləcək sınaqlar proqramın növbəti mərhələsi olacaq və 15 sentyabr tarixində Pekində baş tutacaq ilk Qran-pri-yə hazırlaşmaq üçün bu yay geniş həcmli işlər həyata keçirməliyik. Bir çox ciddi məsələləri həll etməliyik, çünki bu həm istifadə olunan texnologiyalara, həm də yarışların formatına görə tamamilə yeni çempionatdır. Bu çox maraqlıdır".
E.dams-Renault komandası elan etmişdir ki, Formula 1-in və dözümlülük üzrə yarışların iki məşhur pilotu onun tərəfində çıxış edəcək. Onlar 13 sentyabr tarixindən başlayaraq dünyanın ən iri şəhərlərinin mərkəzində yarışacaq tamamilə elektrik bolidlərin sükanının arxasına keçəcəklər.
2014/2015 FİA FORMULA-E ÇEMPİONATININ TƏQVİMİ
13/09/2014: Pekin
18/10/2014: Putrajaya
13/12/2014: Punta del Este
10/01/2015: Buenos-Ayres
14/02/2015: (seçim prosesində)
14/03/2015: Mayami
04/04/2015: Los-Anjeles
09/05/2015: Monako
30/05/2015: Berlin
27/06/2015: London
NİKOLYA PROST
Nikolya Prost 1981-ci ilin 18 avqust tarixində Fransanın Sen-Şamon şəhərində dünyaya gəlmiş və ilk dəfə olaraq 2003-cü ildə Formula Capus çempionatında avtoyarışlarda iştirak etmişdir. Daha sonra o Formula Renault 2.0 və Formula Renault 3.5 keçdikdən sonra, İspan Formula 3-də və Avroseriya 3000-də öz gücünü sınamışdır. 2009-cu ildən etibarən dözümlülük yarışlarında (Se Man Seriyası, 24 saat Le Man) və Trophée Andros buz yarışlarında iştirak etmişdir. 2013-cü ildə Lotus F1 komandasının test-pilotu
olmuşdur.
2013: Dözümlülük yarışlarında dünya çempionatı FIA (1-ci yer, Petit Le Mans, ALMS)
2013: Lotus F1-də sürücü-konstruktor
2012: Dözümlülük yarışlarında dünya çempionatı FIA (-ci yer, Petit Le Mans / Komandaların çempionatında 1-
ci yer,)
2011: 1--ci yer, Trophée Andros / 3-cü yer, Le Man Seriyası / 6-cı yer, 24 saat Le Man
2010: 1--ci yer, Trophée Andros, P1 / 5-ci yer, Le Man Seriyası / FIA GT1 Dünya Çempionatı
2009: 5--ci yer, Qran-pri A1 (komandalar) / 5-ci yer, Le Man Seriyası / 12-ci yer, 24 saat Le Man
2008: 1--ci yer, Avroseriya 3000
2007: 3-cü yer, İspan Formula-3 / 5-ci yer, 24 saat Le Man
2006: 4-cü yer, İspan Formula-3
2005: 10-cu yer, Fransa çempionatı Formula Renault 2.0
SEBASTYAN BUEMİ
Sebastyan Olivye Buemi 31 oktyabr 1998-ci il tarixində İsveçrə kantonunda Eqldə dünyaya gəlmişdir. İlk dəfə olaraq 2009-cu il Formula 1-də, Toro Rosso komandasının tərkibində çıxış etmişdir. Avstraliya Qran-pri-sində qazandığı iki xal onu Formula 1 Çempionatında xal qazanmış dördüncü ən gənc pilota çevirmişdir.
2013/2014: Dözümlülük yarışlarında dünya çempionatı FIA, Toyota Racing ilə
2012: Red Bull Racing ilə Formula-1 (üçüncü pilot)
2009/2011: Toro Rosso ilə Formula-1
2008: 2-ci yer, Asiya seriyası GP2
6-cı yer, Seriya GP2
Red Bull Racing-də Formula-1-in test-pilotu.
2006/2007: 12-ci yer, sonra 2-ci yer, Formula-3-ün Avroseriyası
2004/2005: BMW ADAC Çempionatı
2002: 1-ci yer, Gənclər arasında İsveçrə Çempionatı
2001: 2-ci yer, Gənclər arasında İsveçrə Çempionatı / 1-ci yer, Gənclər arasında Bridgestone kuboku
2000: 1-ci yer, “Super-mini” sinfində İsveçrə çempionatı, Gənclər arasında KİA kuboku (dörd raundda
dörd qalibiyyət)
1998/1999: 1-ci yer, “mini” sinfində İsveçrə çempionatı
1997: İsveçrə kartinq çempionatları (dörd yarış)
DAMS KOMANDASI HAQQINDA
DAMS komandası 1988-ci ildə Jan-Pol Drio tərəfindən yaradılmışdır. Fransada Ruodendə, 24 saat Le Man üçün doğma tras olan Circuit de La Sarthe avtodromunun yaxınlığında yerləşir. DAMS gənc pilotları Formula-1-ə hazırlaşdırır və hazırda onun 27 yetirməsi aparıcı avto-idman çempionatlarında öz karyeralarını davam edir. DAMS bir-yerli bolidlərin Formula 1 üçün kadr təminatçısı olan Seriya Gp2 və Dünya Renault seriyası kimi çempionatlarında iştirak edir. 25 il ərzində komanda böyük təcrübə və çoxlu sayda qalibiyyət, eləcə də Formula 3000-nin 3 çempion titulunu, Formula Renault V6 titulunu, A1GP Dünya çempionatında iki qalibiyyət, Romen Qrojan və David Valsekki tərəfindən GP2 Seriyasında qazanılmış iki çempion titulu, və Formula Renault 3.5-də
Kevin Maqnussenlə pilot və komandaların çempionatında birinci yeri qazanmışdır. DAMS həmçinin dözümlülük yarışlarında da ciddi təcrübəyə malikdir: komanda 24 saat Le Man-da, xüsusilə Panoz və Cadillac-la əməkdaşlıqda səkkiz dəfə iştirak edib. Hazırda DAMS Avropada ən prestijli yarış komandalarından biri hesab edilir.
RENAULT ŞİRKƏTİ HAQQINDA
Hələ 1898-ci il təsis edilmiş beynəlxalq Renault Qrupu 2013-cü ildə 128 ölkədə 2,6 mln avtomobil satmışdır. Gələcəyin ciddi tələblərinə cavab vermək və gəlirli inkişaf strategiyasını davam etdirmək üçün Qrup öz diqqətini beynəlxalq genişlənmədə, öz üç markasının qarşılıqlı tamamlanmasının təmin edilməsində (Renault, Dacia və
Renault Samsung Motors), elektrik nəqliyyatın inkişafında və Nissan ilə əməkdaşlıqda, eləcə də AVTOVAZ və Daimler ilə qarşılıqlı fəaliyyətdə cəmləşdirir. 36 il ərzində Formula 1 çempionatında 12 qalibiyyəti nəzərə alaraq Renault bu dünya avtonəqliyyatının ən mürəkkəb növünü innovasiyaların inkişafı, öz nüfuzunun möhkəmləndirilməsi və markanın tanınma qabiliyyətinin artırılması üçün meydança kimi qəbul edir.