Çaparlarımızdan beynəlxalq turnirlərdə uğurlu nəticələr
3-6 iyul 2014-cü il tarixində Belçikanın Mons Ghlin şəhərində “CSİYH” kateqoriyalı beynəlxalq konkur turniri keçirilib. Azerisport.az xəbər verir ki, 20-dən çox ölkənin qatıldığı yarışda Azərbaycanı təmsil edən Patrick Mc Entee Qran Pri mərhələsində “April Mury Marais Z” ləqəbli atla uğurlu çıxış edərək 2-ci yerin sahibi olub.
Qeyd edək ki, bu Patrick Mc Enteenin son bir ay ərzində göstərdiyi ikinci uğurlu nəticədir. Buna qədər çaparımız Belçikanın Bonhieden şəhərində atçılığın konkur növü üzrə CSI3* kateqoriyalı turnirin qalibi olmuşdu.
3-6 İyul 2014-cü il tarixlərdə Macarıstanın Budapeşt şəhərində “CSİO-3*” kateqoriyalı beynəlxalq turnir keçirilib. 25-dən çox ölkənin qatıldığı yarışda ölkəmizi təmsil edən Andre Schroder “Wonderful Lady 15” ləqəbli atla uğurlu çıxış edərək 4-cü yerin sahibi olub.