Tayger Vudsun Azərbaycan səfəri alınmadı
21 iyul 2014 12:59
Azərbaycan Qolf Federasiyası məşhur qolf ustası Tayger Vudsu ölkəmizə dəvət etmək istəyib. Azerisport.az xəbər verir ki, federasiyanın prezidenti Anar Məmmədovun təşəbbüsüylə ulduz idmançını fəxri qonaq qismində Qubaya gətirmək planlaşdırılıb.
Lakin Vudsun səfər üçün həddən çox qonorar tələb etməsi federasiyanı fikrindən daşındırıb. Federasiya onu iyulun sonlarında Qubada keçiriləcək "European Tour" çərçivəsində keçiriləcək "Challenge Tour" yarışmasında görmək istəyirdi.
Xatırladaq ki, ABŞ, Böyük Britaniya çempionu olan Vuds Böyük Dəbilqə yarışmasının qalibi və rekordçusudur. Reytinqə görə planetin ən güclü qolf ustası sayılan Tayger Vuds həm də ən varlı idmançıdır. O, qazancının 80%-ni idmandan deyil, reklamdan əldə edib.