Çaparımız Belçikada ölkəmizin himnini səsləndirdi
4 avqust 2014 14:00

Atçılığın konkur növü üzrə Azərbaycan yığma komandasının üzvü Patrik Mc Entee Belçikada keçirilən CSİ – 2* kateqoriyalı Bonheiden yarışında iştrak edib. Azerisport.az xəbər verir ki, 6 yaşlı atlarla keçirilən turnirin təsnifat mərhələsində 4-cü yeri tutan Patrik Mc Entee, finala vəsiqə qazanıb.
Həlledici Qran Pri yarışlarında təmsilçimiz “April Mury Marais Z” ləqəbli atla bütün rəqiblərini qabaqlayaraq turnirin qızıl medalını qazanıb və Belçikada Azərbaycan Respublikasının dövlət himni səslənib.
Turnirdə ikinci yeri Böyük Britaniyalı Joe Clee tutub.
6 yaşına qədər olan atlarla növbəti mötəbər turnir də gələn ay Belçikada keçiriləcək.