Azərbaycan təmsilçisi 3-cü oldu

Xəbər verdiyimiz kimi, Danimarkada atçılığın Konkur növü üzrə CSİ-1* və CSİ-2* kateqoriyalı beynəlxalq yarışlar keçirilib. Azerisport.az xəbər verir ki, ötən gün də ölkəmizi “Carvin” ləqəbli atla milli komandamızın üzvü Andre Şröder təmsil edib.
Beynəlxalq turnirin sonucu günü idmançılar maneələri 140 sm-lik yarışlarda qüvvələrini sınayıblar. Sonuncu günün qalibi “Acanthya” ləqəbli atla Almaniyalı Casandra Orschel olub. “Chagrannus” ləqəbli atla yeni Zellandiyalı Bruce Goodin ikinci pilləni tutub.
Rəqiblərindən cüzi fərqlə geridə qalan təmsilçimiz Andre Şröder isə “Carvin” ləqəbli atla Danimarka turnirini bürünc medalla başa vurub. “Chu Canna” ləqəbli atla Finlandiyalı çapar Sebastian Nummien 4-cü, “Fanta Van de Roshoeve” ləqəbli atla İsveçrəli Anneli Vetterstrom isə 5-ci olub.