Çaparımız Belçikada 2 yarışın qalibi olub
18 avqust 2014 18:10
Avqustun 17-də Belçikada CSİ-2* kateqoriyalı beynəlxalq “Lier” turnirinə yekun vurulub. Azerisport.az xəbər verir ki, 3 günlük yarışda ölkəmizi milli komandamızın üzvü Patrick Mc Entee təmsil edib.
Əvvəlcə idmançımız “Alice” ləqəbli atla “Small Tour Grand Pri” mərhələsinin qalibi olub. Ardınca isə Patrick Mc Entee cavan gənc atlarla keçirilən yarışa qoşulub. Turnirin bu mərhələsində “April Marais Mury Z” ləqəbli atla çıxış edən çaparımız yenə birinci yeri tutub.