Fotoreportaj|Video|На русском

Digər növlər

"Bu təşəbbüs 2016-cı ildə Bakıda dünya səviyyəli tədbir keçirməyimizə çox dəyərli töhfə verəcək"

8 oktyabr 2014 00:28

“Formula-1” yarışının baş icraçı direktoru Berni Ekklestoun və gənclər və idman naziri Azad Rəhimov Formula-1 yarışının həvəskarlarına, Herman Tilke tərəfindən Bakıda keçiriləcək Avropa Qran Pri Bakı yarışı üçün xüsusi olaraq layihələndirilmiş, Bakı küçələrini əhatə edəcək yarış dairəsinin möhtəşəm sxeminin ilk görüntüləri barədə açıqlama verib. Azerisport.az xəbər verir ki, Avropa Qran Pri Bakı yarışı 2016-cı ildə baş tutacaq və bugünkü tədbirdə iştirak edən cənab Ekklsetoun və nazir Azad Rəhimov küçə dairəsinin sxeminin təqdimat mərasimini keçiriblər. Təqdimata əsasən, Formula-1 avtomobil yarışı Bakı küçələri boyunca, F1 yarışının ən yeni yarış cığırında baş tutacaq.

“Azərbaycan Formula-1 yarışlarının təqviminə ən son əlavələr edib və mən xüsusi olaraq, bu yarışlar üçün layihələndirilmiş ən müasir yeni küçə dairəsini görməkdən böyük məmnunluq duyuram. Əminəm ki, bu təşəbbüs, bizim 2016-cı ildə, burada dünya səviyyəli tədbir keçirməyimizə çox dəyərli töhfə verəcək”, - deyə Berni Ekklestoun qeyd edib.

Öz növbəsində, nazir Azad Rəhimov bunları qeyd edib: “Avropa Qran Pri Bakı yarışına cəlb edilmiş hər bir nəfər üçün bu çox vacib və sevindirici hadisədir. Dünyanın ən maraqlı və həyəcanlı idman növünə qatıla bilməyimiz üçün öz gərgin iş qrafikindən vaxt ayıraraq Azərbaycana gəldiyinə və bizə ən yeni Formula-1 dairəsinin sxeminin təqdim edilməsində köməklik etdiyinə görə cənab Ekklestouna təşəkkürümü bildirirəm.
Biz yarış dairəsinin sxemi ilə bağlı Herman Tilke və onun komandası ilə 2013-cü ildən etibarən çox sıx fəaliyyət göstəririk. “Tilke Engineering” şirkətinə verdiyimiz tapşırıq çox sadə idi – tez bir zamanda Bakıda Qran Pri yarışlarının keçirilməsinə dəstək verəcək, unikal, habelə F1 yarışlarının təqvimində ən heyranedici, ən parlaq məkanların arasında özünəməxsus yer tuta biləcək, F1 yarışının heyranları və komandalarının əsl zövq yaşaya biləcəyi yarış dairəsini layihələndirmək. Ən əsası, biz bu yarış dairəsində paytaxt Bakının ən görməli yerlərinin nümayiş etdirilməsini arzu edirdik. Mən çox məmnunam ki, 2016-cı ildə F1 komandalarının yarış zamanı istifadə edəcəkləri bu dairə qarşıya qoyduğumuz məqsədləri dəqiq əks etdirir.

Hal-hazırda, biz çətin işlərin başlandığı növbəti mərhələdəyik və hamımız qarşıdan gələn aylarda dairənin inşasının şahidi olacağıq. Biz bilirik ki, irəlidə bizi müəyyən çətinliklər gözləyir; əminik ki, cənab Ekklestoun və Tilke Engineering şirkətinin peşəkar heyətinin, eləcə də F1 Qran Pri yarışının ən yeni trasının yaradılmasına cəlb edilən hər bir insanın köməyi ilə, bu işlər 2016-cı ildə analoqu olmayan tədbirin keçirilməsinə, eyni zamanda, planetin ən yüksək ixtisaslı idman və əyləncə tədbirləri üçün mükəmməl məkan olan və müasir Avropa ölkəsi kimi tanınan Azərbaycanın qazandığı yüksək nüfuza öz dəyərli töhfəsini verəcək”.

Tədbirdə iştirak edən “Tilke Engineering” şirkətinin baş icraçı direktoru Herman Tilke isə bunları qeyd etdi: “Mən Avropa Qran Pri Bakı Layihəsi ilə əlaqədar son dərəcə həyəcanlıyam və məmnunam ki, biz indi trasın layihəsi haqqında açıqlama verə bilirik. Layihələndirmə və dizayn baxımından son dərəcə maraqlı küçə dairəsi yaradılıb və bu dairə, Bakının çox cazibədar şəhər atmosferini, habelə şəhərin zəngin tarixinin və 21-ci əsrin üslubunun bir araya gəldiyi ab-havanı görməyə imkan verir. Tarixi şəhər mərkəzi, gözoxşayan dənizkənarı park, eləcə də görkəmli Hökumət Evi – bütün bunlar möhtəşəm yeni trasın mükəmməl fonunu təşkil edir.

Aydın məsələdi ki, yarış dairələri layihə baxımından çoxsaylı problemləri ortaya qoyur, amma biz komandaların və yarış həvəskarlarının əsrarəngiz yarışdan zövq almasına imkan verəcək bəzi unikal xüsusiyyətləri layihəyə daxil etməyi bacarmışıq. Misal üçün, yarış dairəsində İçərişəhərin qala divarlarında son dərəcə dar yoxuş seksiyası olacaq ki, bu da yüksək dəqiqlik və cəsarət tələb edir. Eyni zamanda, Bulvar ərazisinin yanından uzunluğu 2.2 km olan sürətli yol seksiyasında yarış maşınları ən yüksək sürətlə hərəkət edəcəklər. Bu isə, yarış şousunu canlı seyr edənlərin və ya yarışı televiziya ekranlarından izləyən tamaşaçıların unudulmaz anlar yaşamasına imkan verəcək”.

Tədbirdə Heydər Əliyev Fondunun icraçı direktoru və Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov da iştirak etmişdir. Cənab Ələkbərov qeyd etdi: "Dünyanın ən sürətli idman yarışı olan Formula-1 artıq tamaşaçı baxımdan Azərbaycanda çox populyardır. Bizə 2016-cı ildə Bakıda Avropa Qrand Pri yarışının keçirilməsi  və Formula-1 ailesinin tərkib hissəsinə  çevrilməyimizə  imkan verildiyi  üçün məmnunluğumuzu bildiririk.

"Biz həm də əminik ki, ölkəmizin ev sahibliyi edəcəyi Qrand Pri ölkəmizdə Formula-1 idman yarışı üçün bir vasitə kimi çıxış edəcək və gözləyirik ki, şəhərimizin gənclərinin birinci Azərbaycanlı Formula-1 yarışı üzrə Dünya Çempionu ola bilmək xəyallarının yaranmasına təsir edəcək".

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah