Azərbaycanlı Avropa MMA Assosiasiyasına prezident seçildi
10 oktyabr 2014 14:50

Avropa MMA Assosiasiyasına yeni rəhbər seçilib. Azerisport.az xəbər verir ki, təşkilatın konqresində holland Aleks Engelhard yekdilliklə quruma prezident təyin edilib.
Azərbaycan MMA Liqasının fəxri prezidenti Rövşən Həsənov isə Avropa MMA Assosiasiyasına vitse-prezident seçilib. Qeyd edək ki, Azərbaycan idmanı tarixində ilk dəfə həmyerlimizə MMA-da qitə miqyaslı yüksək vəzifə etibar edilib. Konqresdə çıxış edən Rövşən Həsənov etimada görə hamıya təşəkkür edərək Avropada MMA-ın inkişafı üçün böyük həvəslə çalışacağını bildirib. Onun sözlərinə görə belə yüksək vəzifəyə seçilməsi bundan sonra onun məsuliyyətini artırır.
Qeyd edək ki, Rövşən Həsənov Azərbaycan MMA Liqasının fəxri prezidentidi.