Zabit Səmədov ABŞ və İspaniya arasında seçim edir
5 noyabr 2014 10:30
Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədovun növbəti döyüşü yaxın günlərdə məlum olacaq. İdmançının azərisport.az saytına verdiyi məlumata görə hazırda menecerləri tərəfindən iki təklif üzərində müzakirələr davam edir.
Səmədova ABŞ, İspaniya və Türkiyədə rinqə çıxmaq təklif olunub. Növbəti görüş ilin sonunda və ya 2015-ci ilin əvvəlinə təsadüf edəcək.
Qeyd edək ki, Zabit Səmədov son olaraq Dubayda keçirilən Qran-Pri turnirində iranlı idmançı üzərində qələbə qazanıb.