Bakıda MMA üzrə Avropa çempionatı keçiriləcək
5 noyabr 2014 10:45
Noyabrın 15-də Bakıda MMA üzrə həvəskarlar arasında Avropa çempionatına start veriləcək. Azərisport.az xəbər verir ki, Sərhədçi Olimpiya İdman Mərkəzində keçiriləcək yarışda 22 ölkə təmsil olunacaq.
Çempionatın açılış mərasimi noyabrın 15-də olacaq. Bazar günü finallar keçiriləcək. Final günündə Ümumdünya Qarışıq Döyüş Növləri Assosiasiyasının (WMMAA) rəhbərliyi iştirak edəcək.
Hazırda təlim-məşq toplanışında olan Azərbaycan millisi turnirdə əsas heyətlə mübarizə aparacaq.