Bəxtiyar Abbasov nokauta düşdü
8 noyabr 2014 19:45
Azərbaycanlı idmançı Bəxtiyar Abbasov Sinqapurda “One Fighting Championship: Battle of Lions” turnirində qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, təmsilçimiz “Singapore İndoor Stadium”da MMA-nın çox təcrübəli, veteran döyüşçüsü braziliyalı Luis Santosla qarşılaşıb.
Görüş Bəxtiyar Abbasov üçün uğursuz alınıb. Belə ki, o, rəqibi qarşısında cəmi 53 saniyə duruş gətirib. Braziliyalı döyüşçü idmançımızı erkən nokautla üstələyib.