MMA əfsanəsi Bakıda
16 noyabr 2014 11:25

Bakıda keçirilən MMA üzrə Avropa çempionatında iştirak etmək üçün Fyodr Yemelyanenko ölkəmizə gəlib. Azerisport.az xəbər verir ki, MMA-nın canlı əfsanəsi, 5 qat Qran-Pri qalibi, dəfələrlə dünya və Avropa çempionu olan Yemelyanenkonu hava limanında WMMAA-nın prezidenti Vadim Finkelşteyn, Azərbaycan MMA Liqasının fəxri prezidenti, Avropa MMA Assosiasiyasının vitse-prezidenti Rövşən Həsənov qarşılayıb. Qonaq turnirin keçirildiyi Sərhədçi Olimpiya İdman Mərkəziylə tanış olub.
Qeyd edək ki, MMA tarixində 34 görüşdə qələbə qazanmaqla rekorda imza atan Yemelyanenko azarkeşlər və media tərəfindən "Sonuncu imperator" adlandırılıb.