Bakıda mükafat fondu 9500 AZN olan Beynəlxalq Turnir
18 noyabr 2014 12:05

20-22 Noyabr 2014-cü il tarixlərdə Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Bakı şəhəri, Novxanı qəsəbəsində yerləşən “Sərhədçi Atçılıq Mərkəzi”-nin qapalı manejində atçılığın konkur növü üzrə “Xəzər Kuboku” adlı CSI1*-W kateqoriyalı beynəlxalq turnir keçiriləcək. Azerisport.az xəbər verir ki, turnirdə Azərbaycan,Gürcüstan,Türkiyə, Rusiya, Polşa, Ukrayna, İran və s. ölkələrin idmançılarının iştirakı gözlənilir.
Yarışlarda ümumilikdə 25-ə yaxın idmançı və 50-ə yaxın at iştirak edəcək. Turnirə Azərbaycan, Türkiyə, Bolqarıstan və İrandan dəvət olunacaq hakimlər kollegiyası nəzarət edəcək. Turnirin ümumi mükafat fondu 9500 AZN təşkil edir. Yarışlar hər gün saat 12:00 da başlayır. Tamaşaçılar üçün giriş pulsuzdu.