Zaur Hacıbabayevdən növbəti qələbə
28 dekabr 2014 15:50

MMA üzrə dünya və Avropa çempionu Zaur Hacıbabayev karyerasında ikinci peşəkar döyüşünü keçirib. Azerisport.az xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada keçirilən döyüş gecəsində Hacıbabayev Yevgeni Myakinkinə qarşı mübarizə aparıb.
Görüş idmançımızın üstünlüyü şəraitində keçib. Hətta Hacıbabayev iki dəfə rəqibi nokauta göndərməyə yaxın olub. Yekunda hakimlərin qərarına əsasən Zaur Hacıbabayev qalib elan edilib.
Qeyd edək ki, Yevgeni Myakinkin peşəkar karyerasında 14 döyüş keçirib. Onlardan 10 görüşdə qələbə qazanıb. Azərbaycan idmançısı Zaur Hacıbabayev isə peşəkar rinqdə cəmi 2 görüş keçirib.