M-1 Challenge Bakıda
29 dekabr 2014 12:40
2015-ci ildə Azərbaycanın paytaxtı Bakıda daha bir mötəbər yarış keçiriləcək. Azerisport.az xəbər verir ki, mötəbər M-1 Challenge silsiləsindən olan yarışlardan biri Bakıda baş tutacaq.
M-1 Globalın hazırladığı rəsmi anonsda 2015-ci ildə M-1 Challenge turnirinin Tiflis, Moskva, Orenburq, Targin, Nazran, Astana, Pekin, Praqa, Sankt-Peterbuq və Bakıda təşkil olunacağı bildirilib.
Qeyd edək ki, M-1 Challenge yarışları qarışıq döyüş növləri üzrə dünyanın ən məşhur layihələrindən biri sayılır. Yarış eyni zamanda 5 ölkədə canlı göstərilir.