Zabit Səmədov qalib gəldi
29 dekabr 2014 18:00
Azərbaycanlı k-1 döyüşçüsü Zabit Səmədov dekabrın 29-da Yaponiyanın Tokio şəhərində növbəti döyüşünə çıxıb. Azərisport.az xəbər verir ki, rəqib yerli idmançı Makoto Uehara olub.
Hakimlər görüşdən sonra hər iki idmançıya eyni xal verdiyinə görə Səmədovla Uehara əlavə raundda mübarizə aparıb. Bu hissədə rəqibinə bir neçə güclü zərbə vuran Zabit Səmədov turnirin qalibi olub.