Mövlud Mirəliyev idmana qayıtdı
15 yanvar 2015 00:30

Cüdo üzrə Pekin Yay Olimpiya Oyunlarının bürünc medalçısı Mövlud Mirəliyev idmana qayıdıb. İdmançı azerisport.az saytına bildirib ki, artıq iki aydır samboyla məşğul olur.
Mirəliyev hətta Azərbaycan çempionatında iştirak edib və gümüş medala layiq görülüb. İdmançının əsas məqsədi Bakıda keçiriləcək Avropa Oyunlarında iştirak etməkdir.
Qeyd edək ki, karyerasına samboçu kimi başlayan Mövlud bu idman növü üzrə dünya və Avropa çempionu adını qazanıb.2008-ci ildə Çində keçirilən olimpiadada bürünc medal qazanandan sonra o, karyerasını başa vurub. 6 illik fasilədən sonra Mövlud Mirəliyev karyerasını bərpa edib.