Fotoreportaj|Video|На русском

Digər növlər

Pərviz Abdullayev: Kəməri qazanmaq asandır, onu qorumaq çox böyük əzmkarlıq tələb edir

16 yanvar 2015 18:10

AAAF Parkın “Məhşurlar AAAF Parkda” layihəsinin budəfəki qonağı kikboksinq üzrə dünya çempionu Pərviz Abdullayev olub. Azerisport.az sizi Abdullayevdən alınmış müsahibə ilə tanış edir.

- Xoş gördük, Pərviz. Səni yeni layihəmizdə görmək çox xoşdur. Bütün qonaqlarımıza verdiyimiz sualı sənə də ünvanlamaq istəyirəm. AAAF Parkı bəyəndinmi?
– Mən hər kəsi salamlayıram. AAAF Parkda ilk dəfədir oluram. Çox bəyəndim, çox gözəldir. (Bir qədər irəli gedərək qeyd edək ki, müsahibə bitən kimi qonağımız AAAF Parkı gəzmək istəyini dilə gətirdi. Yaşayış Kompleksimizdə ilk dəfə olan idmançı gördüklərinə heyran qaldı, desək, yanılmarıq. Pərviz Abdullayev buranı çox bəyəndiyini və tez-tez gələcəyini vurğuladı).

- AAAF Parkda idmançılara çox böyük dəyər verilir. Onlar üçün təlim-məşq yerləri, ağır atletika, fitness mərkəzləri var. Sən bir idmançı olaraq bu amili necə dəyərləndirirsən?
– Son zamanlar ümumiyyətlə Azərbaycanda idman obyektləri, komplekslərin salınması insanların idmana doğru getməsinə zəmin yaradır. Başda ölkə prezidenti cənab İllham Əliyev olmaqla, digər insanlar da idman sahəsində böyük xidmətlər göstərirlər. Bu da, əlbəttə ki, insan sağlamlığı üçün çox faydalıdır.

- Gənclərimizin idmana olan marağını necədir?
– Böyük idman tədbirləri olduğu zaman insanların marağı artır. “Mən də idmançı olacağam” deyirlər. Məsələn, özümü nəzərdə tuturam: Pərviz Abdullayev döyüşə çıxır, yarışı qazanır və buna görə 100 nəfər idmana gəlir. 100 nəfərin hamısının idmançı olmağı önəmli deyil, sadəcə, idmanla məşğul olmaları öz sağlamlıqlarına xeyirdir.

- Əldə etdiyin uğurlarla xeyli populyarlıq qazanmısan. Amma maraqlıdır ki, Pərviz Abdullayev necə oldu idmana gəldi?
– Mən öz istəyimlə idmana gəlmişəm. 12 yaşımdan idmana başlamışam. Lakin peşəkar olaraq 2007-ci ildən, artıq 7-8 ildir ki, məşğulam. 5 dəfə dünya çempionu olmuşam. Bunlardan biri həvəskarlar arasında dünya çempionatı, digər 4-ü isə peşəkarlararası dünya çempionatlarıdır. Peşəkar karyeramda 40 döyüş keçirmişəm, bunların 37-də qələbə qazanmışam, bunun da 11-i nokautla yekunlaşdırmışam.

- Ötən dəfə son döyüşlərinə baxdıq. Demək olar ki, hamısını da təmiz qələbə ilə bitirmisən…
– Son 3 döyüşümdə rəqibimi nokaut etmişəm. Karyeramın zirvəyə doğru getməsi artıq onun formada olması deməkdir. Son döyüşdə Qəbələdə çinli idmançını nokaut etdim. Belarusiyanın Minsk şəhərində Rəşid Belayini 1-ci raundun 40-cı saniyəsində gözəl texnika ilə nokaut etdim və 5-ci dünya kəmərimə sahib çıxdım. Kəməri qazanmaq asandır, onu qorumaq çox böyük əzmkarlıq tələb edir.

- Bizim üçün əsas rəqiblərdən biri də təbii ki, erməni idmançılardır. Bu, həm də şərəf məsələsidir. Sənin qarşılaşdığın rəqiblər sırasında erməni rəqiblərin olubmu və nəticələr necə olub?
– Erməni rəqib olmayıb, lakin dünya çempionatları olub ki, mən gəlib ermənini keçmişəm. Qarşıda – 2015-ci ilin fevral ayında erməni döyüşçü ilə döyüşümüz planlaşdırılır. Draqo ilə döyüşəcəkdik, Draqo döyüşü biraz – may ayına təxirə saldı. İndi digər 2 erməni idmançısı ilə də danışıqlar gedir. Onlardan biri razılıq verib. 3-4 günə dəqiqləşəcək. Mən özümə arxayınam. Bizim aramızda olan düşmənçilik münasibətləri və içimdə olan azəri ruhu mənə qalib gəlmək üçün yetərli olacaq. Burada döyüşdən də uca Azərbaycan bayrağı və şərəf amili çox böyük önəm daşıyır. İnanıram ki, bu döyüşdə də nokautla qələbə qazanacağam.

- Azərbaycan idmançılarından kimdən bəhrələnmisiz?
– Mənim kumirim Mayk Taysondur. Yarışlarda öz şəxsi məşqçim Mehman Umudov, kikboksinq üzrə əməkdar məşqçi Zaur Məmmədovun rəhbərliyi altında öz məşqlərimi davam etdirirəm. Onu da qeyd edim ki, güclü idmançımız, 2 qat dünya çempionu, FHN-nin polkovniki Füzuli Musayevin məşqlərində iştirak edirəm. Özüm də FHN-nin əməkdaşıyam, 2 ilə yaxındır ki, orada çalışıram. “Qəbələ İdman Klubu”nu təmsil edirəm. Bu klub məni dəstəkləyir.

- Pərviz Abdullayev “Kobra” ləqəbi ilə daha çox məşhurdur. Necə oldu bu ləqəbi götürdünüz? Bir açıqlaması varmı?
– 2007-ci ildə telekanallarımızın birində “D8” layihəsi oldu. Orada idmançılar ləqəb götürdülər. Mən də “Kobra ” ləqəbi götürdüm və uğurlu oldu. Yəqin döyüşlərimi izləmisiniz. “Kobra” ləqəbini həm  sürət, həm də gözlənilməz zərbələr, geri çəkilməməzlik kimi xüsusiyyətləri özümdə aşkarladığım üçün götürdüm.

- Ən yaddaqalan döyüşün hansıdır ki, heç zaman yadaşından silinmir?
– Ən yaddaqalan döyüşüm Youtube-də 2 milyondan çox baxış sayı olan türk idmançısı Aktay Gəmici ilə olan döyüşümdür. Yaddaqalan olmasına səbəb kimi, həm yarışa getdiyimiz zaman təyyarənin qəzaya uğraması, həm də idmançının özündən daha razı olması idi. Aktay Gəmicini bir döyüş ərzində 3 dəfə nokaut etdim. Bundan əlavə onu 1 raund ərzində 3 dəfə nokdaun vəziyyətinə saldım. Daha sonra Rusiyanın Rostov şəhərində, dünya kəməri uğrunda olan döyüşdə rus idmançısı, ikiqat dünya çempionu Vitali Sarokov ilə döyüşüm yaddaqalan oldu. Ona görə ki, o yerli idmançı idi. Hər kəs oraya ona görə gəlmişdi. Ermənilər çox idi. Amma mən qalib gələrək bütün azərbalcanlıların başını uca etdim.

- Filmlərdə, seriallarda döyüş səhnələri olan yerlərə dəvət almısamı?
– Təklif olunub, lakin Azərbaycanda istəmərəm. Xarici seriallar olsa, gedərəm. Azərbaycanda serial çəkilişi yetərli səviyyədə deyil. Ümid edirəm ki, bir müddət sonra qonşu ölkə olan Türkiyədə  çəkilən filmlər səviyyəsinə gəlib çatar.

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah