Millimiz klublararası Avropa çempionatında 5 medal qazandı

Avropa Taekvondo Birliyinin (ATB) və Türkiyə Taekvondo Federasiyası (TTF) tərəfindən təşkil edilən G1 kateqoriyalı klublar arasında 3-cü Avropa çempionatı başa çatıb. Azerisport.az xəbər verir ki, fevralın 10-11-də keçirilən çempionatda ölkəmizi DİN İ.C, Qəbələ T.K, Gilan T.K, Neftçi İ.S.M., Sumqayıt və Fateh T.K klubları təmsil edib.
Çempionata qatılan taekvondoçular ümumilikdə 5 medal qazanıblar. Mükafatçıların adlarını təqdim edirik:
Yeniyetmələr arasında qızlardan Minayə Əkbərova (-33 kq) bürünc medal, Gilan T.K.
Gənclər arasında qızlardan Jalə Əsədli (-68 kq) bürünc medal, DİN İ.C
Gənclər arasında oğlanlardan Şamil Çirinzadə (-45 kq) bürünc medal, Gilan T.K.
Gənclər arasında oğlanlardan İlham Əliyev (-45 kq) bürünc medal, Sumqayıt.
Gənclər arasında oğlanlardan Əli Məmmədov (-51 kq) bürünc medal, DİN. İ.C.