Çeçenistan prezidenti Zabit Səmədova dəvət göndərdi
10 mart 2015 15:15

K-1 döyüşçüsü Zabit Səmədov Çeçenistanda keçirilən beynəlxalq turnirdə fəxri qonaq qismində iştirak edəcək. İdmançının azerisport.az saytına verdiyi məlumata görə, Zabit Səmədovu yarışa Çeçenistan prezidenti Ramzan Kadırov dəvət edib.
Zabitlə yanaşı turnirdə Fabritsio Verdum, Con Cons, Badr Hari kimi idmançılar qonaq olacaq.
Turnir martın 14-də Çeçenistanın "Kolizey" kompleksində olacaq.