Kikboksçularımız Rusiya millisinə qarşı
10 mart 2015 16:45
Martın 13-də Rusiyanın Sankt-Peterburq şəhərində kikboksinq üzrə Azərbaycan və Rusiya yığmalarının görüşü baş tutacaq. Federasiyadan azerisport.az saytına verilən məlumata görə Ümumilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan turnirdə 10 idmançı 9 çəki dərəcəsində mübarizə aparacaq.
Turnir Rusiya vaxtı ilə saat 20-də başlayacaq.
Qeyd edək ki, bu Azərbaycan kikboksçularının sayca 6-cı görüşüdür. Buna qədər idmançılarımız Türkiyə, Avstriya, Almaniya komandalarıyla görüşüb.