Pauerliftinq üzrə Azərbaycan çempionatı AAAF Park-da keçiriləcək
12 mart 2015 11:30
Martın 14-15-də AAAF Park Yaşayış Kompleksinin yarış zalında Pauerliftinq üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, turnirdə 100-dən çox atlet medallar uğrunda mübarizə aparacaq.
Ölkənin bütün bölgələrindən çempionata qatılacaq idmançıları körpücük üzərində izləmək istəyənləri zalımıza dəvət edirik. Yarış martın 14-də, saat 10.00-da başlayacaq.