Zabit Səmədovun növbəti rəqibi məlum oldu
16 mart 2015 00:05
Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədovun növbəti döyüşünün vaxtı açıqlanıb. Azerisport.az xəbər verir ki, Səmədov aprelin 17-də Dubayda "Global Fighting Championship"də mübarizə aparacaq.
Dubay turnirinin əvvəlki mərhələsində qələbə qazanan Zabit bu dəfə də iştirakçılar sırasında yer alıb. Onun rəqibi Böyük Britaniya idmançısı Stiv Makkinon olacaq.