Əhmədov ermənini nokauta göndərib, dünya kubokuna yiyələndi

Martın 21-də Gürcüstanın paytaxtı Tiflisdə peşəkar kikboksinqin K-1 versiyasi üzrə dünya kuboku uğrunda döyüşlər keçirilib. Azerisport.az xəbər verir ki, yarışa 3 nəfərlik heyətlə - 86-kq-da Xəyal Əhmədov, 75 kq-da Nicat Vəliyev və 45 kq-da Nicat Nəcəfzadə ilə yollanan Azərbaycan kikboksçuları uğurlu çıxışı ilə diqqət çəkib.
İdmançılarımızdan Xəyal Əhmədovun qələbəsi daha çox sevindirici olub. 86-kq çəkidə döyüşən Əhmədov erməni idmançı ilə qarşılaşıb. Rəqibindən aşkar üstün olan Xəyal nəticədə layiqli qələbə qazanıb. Əhmədov 2-ci raundda erməni döyüşçüyə nakautla qalib gələrək dünya kubokunu qazanmaqla yanaşı xalqımıza gözəl Novruz bayramı hədiyyəsi verib. Digər kikboksçularımız - Nicat Vəliyevlə Nicat Nəcəfzadə də döyüşlərini qalibiyyətlə başa vurublar.