Azərbaycanı beynəlxalq Qran-Pridə iki idmançı təmsil edəcək
2 aprel 2015 15:00
Aprelin 4-də Moldovada K-1 üzrə beynəlxalq Qran-Pri turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, turnirdə Azərbaycanı iki idmançı təmsil edəcək.
75 kq-da idmançımız Tural Bayramov - Moldova təmsilçisi Sergey Morariylə, 84 kq-da çıxış edən Ruslan Kobzev isə digər moldovalı Denis Apavaloaya qarşı döyüşəcək.
Yarış Eurosport kanalıyla canlı yayımlanacaq.