Fotoreportaj|Video|На русском

Digər növlər

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş yarışa yekun vurulub

29 aprel 2015 13:00

Aprelin 23-26-da Ağdam Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş universal döyüş üzrə beynəlxalq turnir keçirilib. Azerisport.az xəbər verir ki, yarışda Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Litva, Gürcüstan, İran, Qazaxıstandan ümumilikdə 400-dək idmançı qüvvəsini sınayıb.

9 çəki dərəcəsi üzrə klassik və layt versiyaları üzrə keçirilən turnirdə Azərbaycan komandası 4 heyətlə təmsil olunub. Yarışları 14 hakim idarə edib. Bununla yanaşı, mübarizəyə paytaxtla yanaşı, 10 regionu (Naxçıvan, Qarabağ, Şirvan, Gəncə və s.) təmsil edən idmançılarımız da qoşulublar. Təmsilçilərimiz müxtəlif yaş qrupları üzrə yeniyetmə, gənclər və böyüklər arasında qüvvələrini sınayıblar.

Aprelin 24-də beynəlxalq turnirin açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Universal Döyüş Federasiyasının Prezidenti, (AUDF) Beynəlxalq Universal Döyüş Federasiyasının I vitse-prezidenti Azər Həsənov, Ağdam rayon icra başçısı Raqub Məmmədov, «Kür» Olimpiya Təlim-Tədris Mərkəzinin baş direktoru Natiq Abbasov, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov iştirak ediblər. AUDF prezidenti Azər Həsənov çıxış edərək ümummilli lider Heydər Əliyevin xatirəsinə keçirilən turnirin ənənə halını aldığını, bu yarışın ölkələr arasında dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət etdiyini diqqətə çatdırıb. Müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərdiyini deyən federasiya rəsmisi ümummilli liderin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə sabitliyin bərqərar olduğunu vurğulayıb. O, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan daxili və xarici siyasətin Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Azər Həsənov ölkəmizdə digər sahələrdə olduğu kimi, idman sahəsinin də dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu, respublikamızda idmanın maddi-texniki bazasının gücləndirildiyini, ölkəmizin dünyanın idman mərkəzlərindən birinə çevrildiyini qeyd edib: «Beynəlxalq turnirin Ağdamda, ən ucqar rayonunda, cəbhə bölgəsində təşkil olunması bir daha nümayiş etdirir ki, xalqımızın firavan həyatı dövlət tərəfindən təmin olunub və ölkəmizin hər bir güşəsində idmanla məşğul olmaq üçün şərait yaradılıb. Universal döyüş idman növü gənclərin hərbi-vətənpərvər ruhda yetişməsində böyük rola malikdir. Müharibə şəraitində yaşayan bir ölkədə bu idman növünün təbliği çox vacib amildir. Qeyd edim ki, federasiya tərəfindən yarış ənənəvi olaraq 12-ci dəfədir ki, keçirilir. İndiyədək paytaxtla yanaşı, bu yarışın bölgələrimizdə təşkilinə nail olmuşuq».

Ölkəmizin beynəlxalq idman yarışlarının keçirilməsində böyük təcrübəyə malik olduğunu deyən federasiya prezidenti tarixində ilk dəfə Azərbaycanda təşkil olunacaq Avropa Oyunlarının bütün dünyanın diqqətini özünə cəlb edəcəyinə inandığını bildirib.

Ağdam rayon icra başçısı Raqub Məmmədov da çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıb.

Dövlət himni səsləndirildikdən sonra yarışlara start verilib. Azərbaycan komandasının üzvləri turnirdə uğurla çıxış edərək 7 qızıl, 8 gümüş, 13 bürünc medal əldə ediblər. Təmsilçilərimizdən Təbriz Qasımov (65 kq), Orxan Qurbanov (70 kq), Nicat Əliyev (75 kq), Elnur Cəfərov (85 kq), Orxan Binnətov (90 kq), Aqşin İrzaquliyev (95 kq), Məhərrəm Səbirəliyev (+95 kq)  qızıl medallar qazanıblar. 60 və 80 kq çəki dərəcələrində isə birinci yerləri,  müvafiq olaraq, rusiyalı Mansur Maliçiyev və türkiyəli Muhammed Ensan Yalçın (80 kq) tutublar. Azərbaycan yığma komandası ümumi hesabda birinci pillədə qərarlaşıb. Türkiyə ikinci, Rusiya millisi isə üçüncü olub.

Xatırladaq ki, ötən il Qusar Olimpiya İdman Kompleksində keçirilən yarışda Azərbaycan yığma komandası ümümi hesabda birinci pillədə qərarlaşmışdı.

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah