Bakıda mükafat fondu 203,500 avro olan turnir keçiriləcək
30 aprel 2015 18:30
7-9 may 2015-ci il tarixlərdə Azərbaycan Respublikası Atçılıq Federasiyasının və Amapola Exclusive Events şirkətinin təşkilatçılığı ilə Bakı şəhəri, Binə qəsəbəsində yerləşən “Elite Horse and Polo Club” atçılıq klubunun açıq manejində atçılığın konkur növü üzrə CSI -4* kateqoriyalı beynəlxalq yarış keçiriləcək. Azerisport.az xəbər verir ki, ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunacaq turnirdə Azərbaycanla yanaşı Gürcüstan, Rusiya, Türkiyə, Almaniya, Luksemburq və İrandan - ümumilikdə 25-ə yaxın idmançı və 65-ə yaxın atın iştirakı gözlənilir.
Turnirə Azərbaycan,Türkiyə, Macarıstan, Rusiya, İran və Almaniyadan dəvət olunacaq hakimlər kollegiyası nəzarət edəcək. Yarışın ümumi mükafat fondu 203,500 avro təşkil edir.