Radik İsayev: Arzumu reallaşdırdım
18 may 2015 13:30
Rusiyada keçirilən taekvando üzrə dünya çempionatının qalibi Radik İsayev təəssüratlarını bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu çempionluq bizim üçün çox vacib idi. Komanda yoldaşlarımızın uğursuzluğundan sonra mümkün qədər yaxşı nəticə qazanmaq istəyirdim. Görüşlərə ciddi hazırlaşırdım. Final görüşü başlayanda bütün diqqətim rəqibin hərəkətlərində idi. Çalışırdım ki, səhvə yol verməyim. Dünya çempionu olmaqla ən böyük arzularımdan birini reallaşdırdım. Bu qələbənin davamı Avropa Oyunlarında gəlməlidir. Gələn il isə Yay Olimpiya Oyunlarında uğur qazanmaq istəyirəm".