Bakı-2015 faciəli şəkildə həlak olanların ailələrinə başsağlığı verdi
20 may 2015 11:30
Avropa Oyunları Əməliyyat Komitəsi dünənki məlum faciədə həlak olanların ailələrinə başsağlığı verib. Azerisport.az xəbər verir ki, başsağlığında bunlar qeyd olunub:
"Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi mayın 19-da Bakı şəhərində, yaşayış binasında baş vermiş dəhşətli yanğın hadisəsi nəticəsində dünyasını dəyişənlərin, o cümlədən Birinci Avropa Oyunlarının könüllüsü Eyvazova Ülkər Hamir qızının, eləcə də anası Şirinova Zülfiyyə Yavər qızı və qardaşı Eyvazov Davud Hamir oğlunun faciəli şəkildə həlak olmalarından kədərləndiyini bildirir və mərhumların ailələrinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!"